"Araz"ın rəqibi oyundan imtina etdi
12 May 2010 Çərşənbə 19:55
"Araz" - "Ekol" qarşılaşması yarımçıq qalıb.
Bu gün futzal üzrə ölkə kubokunun yarımfinal mərhələsinin oyunları keçirilib. Neftçi İdman Sağlamlıq Cəmiyyəti və “Azmetko” klublarının qarşılaşmasında qapılara ümumilikdə 14 qol vurulub. “Neftçi” 8:6 hesabı ilə “Azmetko”nu məğlubiyyətə uğradıb.
“Araz”-“Ekol” oyunu isə başa çatmayıb. Qarşılaşmanın 15-ci dəqiqəsində, “Araz” hesabda 6:0 irəlidə olarkən, “Ekol” oyunu davam etdirməkdən imtina edib. Nəticədə Naxçıvan təmsilçisi texniki qələbə sayəsində finala yüksəlib.
Ölkə kubokunun finalı mayın 14-də, saat 17:00-da Bakı İdman Sarayında keçiriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: