"Araz" "Dördlər finalı"na vəsiqə qazana bilmədi
25 Noyabr 2010 Cümə Axşamı 21:40
Azərbaycan çempionu Rusiya "VİZ-Sinara" klubuna uduzub
Futzal üzrə UEFA Kubokunun elit-raundunda çıxış edən Azərbaycan çempionu "Araz" "Dördlər finalı"na vəsiqə qazana bilməyib. Fanat.az xəbər verir ki, komandamız bu gün Rusiyanın "VİZ-Sinara" klubuna uduzaraq, mübarizəni qrup üçüncüsü kimi başa vurub - 2:3.

Hesabı 9-cu dəqiqədə "Araz"ın oyunçusu Eder açıb. 12-ci dəqiqədə ruslar Prudnikovla tarazılığı bərpa edib. 34-cü dəqiqədə rəqib "Araz"ı məğlub duruma salıb. 37-ci dəqiqədə Rizvan Fərzəliyev tarazılığı bərpa etsə də, iki dəqiqə sonra Moxov "VİZ-Sinara"ya qələbə qazandırıb.

"Dördlər finalı"na Cənubi Kiprin "Ararat Nikosiya" klubunu 10:0 hesabı ilə yenən İtaliya çempionu "Montesilvano" vəsiqə qazanıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar