Araz Abdullayev rəsmən "Rubin"də 
    18 Fevral 2010 Cümə Axşamı 17:20
    Araz Abdullayev Rusiya çempionu ilə müqavilə imzalayıb
    
                	 
    
         19 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Araz Abdullayevin Rusiyanın "Rubin" klubuna keçidi baş tutub. Bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.
Musayev bildirib ki, "Neftçi"nin gənc yarımmüdafiəçisi artıq ikiqat Rusiya çempionu ilə müqavilə imzalayıb. Araz gələn həftənin bazar günü Kazana yollanaraq, yeni komandasına qoşulacaq.
Xatırladaq ki, bir müddət öncə futbolçu "Rubin"in əvəzedici komandasının Antalyadakı təlim-məşq toplanışında baxışda olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: