Araz Abdullayev Panionios klubunda uğurlu debüt etdi
30 Dekabr 2011 Cümə 12:34
Futbolçumuz Araz Abdullayev yeni komandası ilə ilk qələbəsini qazanıb.
Müqavilə ilə İngiltərənin “Everton” klubuna məxsus olan Araz Abdullayev icarə əsasında çıxış etdiyi Yunanıstanın “Panionios” klubunda debüt edib. ANS PRESS-in “Panionios”un rəsmi saytına istinadən verdiyi məlumata görə, fubolçumuz “Koropi” komandasına qarşı yoxlama matçında meydana çıxıb.

19 yaşlı futbolçumuz “Apilion” tədris mərkəzində baş tutan matçda əsas heyətdə meydana çıxıb. Araz Abdullayevin 60-cı dəqiqədə əvəz.ləndiyi matç “Panioniois”un 3:2 hesablı qələbəsilə başa çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar