“Araz Abdullayev istedadı ilə diqqətimizi çəkib”
07 Yanvar 2011 Cümə 14:15
İngiltərə klubunun nümayəndələri futbolçumuzun oyununu bəyənirlər
Bu gün "Everton" və "Neftçi" klubunun nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib. Mətbuat konfransını giriş sözləri ilə açan "Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu iki klub arasında əlaqələrin daha da genişləndirilməsi ilə bağlı son vaxtlar müzakirələrin aparıldığını bildirib. Elnur Əşrəfoğlu "Neftçi" futbol kloubunun prezidenti Sadıq Sadıqovun tapşırığı ilə beynəlxalq sahədə bir çox işlərin aparıldığını, dünyanın tanınmış və köklü klubları ilə əlaqələrin qurulduğunu vurğulayıb. Tədbirdə "Everton" klubunun beynəlxalq əlaqələr və futbol departamentinin rəhbəri David Harrison da çıxış edib. O, Araz Abdullayevin oyunundan məmnun qaldırlarını deyib.

İngiltərə klubunun digər rəsmisi Con Merbak isə bunları bildirib: "Everton" uzun illərdir ki, gənc və istedadlı futbolçular axtarıb, komandaya cəlb edir. Buna görə də hazırda İngiltərə Premyer-liqasında çıxış edən komandanın möhtəşəm heyəti var. "Everton"un heyətində aşağı yaş qruplarından cəlb olunmuş istedadlı oyunçular da yer alıblar. Araz Abdullayev öz istedadı ilə diqqətimizi çəkib".

"Neftçi" PFK-nın vitse-prezidenti Tahir Süleymanov isə Araz Abdullayevi mövsümün sonunadək paytaxt klubunda qala biləcəyini bildirib: "Biz mövsümün sonunda "Everton"un rəsmiləri ilə ikitərəfli saziş imzalamağı planlaşdırırıq. "Everton"la Araz Abdullayevin müqaviləsində belə bir bənd var ki, futbolçu yalnız "Neftçi"yə icarəyə verilə bilər. Biz bu bənddən yararlanmaq istəyirik".

Araz Abdullayev isə ona göstərilən etimadı doğruldacağını deyib: "Everton" kimi klubla müqavilə bağladığım üçün çox şadam. Çalışacağam ki, mənə göstərilən etimadı doğruldum".



DOSTLARINLA PAYLAŞ:

oyunlar