Araz Abdullayev Everton klubundan ayrıldı
28 Fevral 2011 Bazar Ertəsi 19:53
Gənc futbolçu Araz Abdullayev Neftçi klubunun məşqlərinə qatılıb.
İngiltərənin "Everton" klubunun düşərgəsinə yollanan "Neftçi"nin yetirməsi Araz Abdullayev artıq vətənə qayıdıb. ANS PRESS-in “Neftçi” klubuna istinadən verdiyi məlumata görə, İngiltərə klubunun məşqlərinə qatılan gənc futbolçu iki həftəyə yaxın müddət idi ki, İngiltərə təmsilçisinin düşərgəsində idi.

Artıq Araz Abdullayev flaqmanın məşqlərinə qatılıb. "Neftçi"nin düşərgəsinə qayıdan gənc yarımmüdafiəçi "Xəzər Lənkəran"la 1/4 final mərhələsində baş tutacaq kubok matçının hazırlıqlarında iştirak edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar