“Araz”ın baş məşqçisinin məruzəsi
23 Noyabr 2010 Çərşənbə Axşamı 10:10
Joze Alesio Da Silva qələbə qazandıqları üçün sevinir
"İlk oyunlar həmişə çətin olur. Birinci hissədə xeyli qol imkanımız olsa da bunlardan istifadə edə bilmədik. Rəqib isə əksinə, iki şansdan birini maksimum dəyərləndirdi". Bunu futzal üzrə UEFA kubokunun elit-raundu çərçivəsində baş tutan “Araz” – “Ararat Nikosiya” oyunundan sonra təmsilçimizin baş məşqçisi Joze Alesio Da Silva bildirib.

"Sevinirəm ki, hesabda geri düşdükdən sonra oyunda dönüş yarada bildik və qələbə qazandıq. Növbəti oyunda qol imkanlarından daha dəqiq istifadə etməyə çalışacağıq”, deyə o əlavə edib.

Xatırladaq ki, “Araz” – “Ararat Nikosiya” matçı 2:1 hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb. Komandamız növbəti oyununu bu gün İtaliyanın “Montesilvano” kollektivinə qarşı keçirəcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar