Aqressiv hərəkət 2000 AZN-ə başa gəldi
16 May 2013 Cümə Axşamı 17:04
AFFA İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib.
AFFA klubları cərimələdi. ANS PRESS-in AFFA-ya istinadən verdiyi xəbərə görə, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının son turunun oyunları ilə bağlı bu qərarlar qəbul edilib:

“Turan” – “Kəpəz” matçında “Kəpəz”in 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“Rəvan” – AZAL matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat cərimə olunublar.

“Qəbələ” – “Neftçi” oyunun 3-cü, 47-ci və 49-cu dəqiqələrində “Qəbələ”nin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub. “Qəbələ” azarkeşləri tərəfindən “Neftçi”nin avtobusunun şüşəsi sındırıldığı üçün “Qəbələ” klubu dəymiş zərərə uyğun olaraq “Neftçi”yə təqdim edəcəyi hesab əsasında ödəmə etsin.

“Simurq” – “İnter” matçının 54-cü dəqiqəsində “Simurq”un futbolçusu Nicat Qurbanov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.

“Qarabağ” – “Bakı” matçının 84-cü dəqiqəsində “Bakı”nın futbolçusu Rauf Əliyev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar