“Apoel” basketbol komandası cərimə olundu
23 Dekabr 2010 Cümə Axşamı 04:35
“Apoel” 40 000 avro məbləğində pul cəriməsinə və öz meydanında ilk 3 oyunu tamaşaçısız oynamağa məhkum olunub
Dekabrın 22-də Türkiyənin “Pınar Karşıyaka” komandası ilə Kipr (yunan) respublikasının “Apoel” komandası arasında keçirilən qarşılaşmadan sonra baş vermiş zorakılıq hadisələrinə görə, FİBA ikinci komandanı cərimə edib. FİBA-nın qərarına əsasən 65/4-cü maddə və 65/13-cü maddələrin pozulması səbəbilə “Apoel”i 40 000 avro məbləğində pul cəriməsinə və öz meydanında ilk 3 oyunu tamaşaçısız oynamağa məhkum olunub.
Xatırladaq ki, FİBA “EuroChallenge” kuboku “G” qrupunda “Apoel” komandası ilə qarşılaşan Türkiyənin “Pınar Karşıyaka” komandası oyundan sonra yunan azarkeşlərin hücumuna məruz qalmışdı.
DOSTLARINLA PAYLAŞ: