Antonio Conte İtaliya millisinin baş məşqçisi oldu
12 Avqust 2014 Çərşənbə Axşamı 21:04
“Yuventus”un keçmiş baş məşqçisi Antonio Conte nəhayət “Skuadra Adzurra”ya başçılıq etməyə razılıq verib.
Avropa çempionatının seçmə mərhələsində Azərbaycanın ən güclü rəqibi olan İtaliya millisinin baş məşqçisi məlum olub.

ANS PRESS-in məlumatına görə, Karlo Tavekkyo İtaliya Futbol Federasiyasının prezidenti seçilən kimi Antonio Conte baş məşqçiliyə dəvət edib. “Yuventus”un keçmiş baş məşqçisi artıq “Skuadra Adzurra”ya başçılıq etməyə razılıq verib.

Bundan əvvəl Antonio Conte həmin vəzifədən imtina etmişdi, lakin Karlo Tavekkyo prezident olunca hər şey dəyişdi.

Yaxın vaxtlarda tərəflər 2016-cı ilədək müqavilə imzalayacaqlar. Xəbər verilir ki, Antonio Conte təkcə əsas komandanın deyil, həm də bütün yaş qruplarından olan yığmaların fəaliyyətini əlaqələndirəcəkdir.

Xatırladaq ki, İtaliya yığması komandanın qrupdan çıxa bilmədiyi 2014-cü ilin Dünya Çempionatından sonra Çezare Prandellinin istefa verməsi ilə baş məşqçisiz qaldı.

Avropa Çempionatı üçün seçmə turnirdə “Skudra Adzurra” Malta, Azərbaycan, Bolqarıstan, Norveç və Xorvatiya ilə oynayacaqdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar