Anton Botevə daha bir şans verildi
17 Fevral 2011 Cümə Axşamı 23:13
Elçin Cəfərov: "O, bizim idmançıdır, bizim vətəndaşdır"
“Anton Botev zəif nəticələrə görə yığmadan uzaqlaşdırılmışdı. Bundan xeyli vaxt keçib". Bu sözləri açıqlamasında Azərbaycan Güləş federasiyasının vitse-prezidenti Elçin Cəfərov deyib. Hazırda Minskdə milli komandamızla birgə yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışlarında olan Cəfərov bir vaxtlar yunan-Roma güləşi üzrə Azərbaycan yığmasınının üzvü olmuş, sonradan heyətdən uzaqlaşdırılmış Anton Botevə daha bir şans verildiyini söyləyib.

"O, bizim idmançıdır, bizim vətəndaşdır. Botevə özünü göstərmək üçün daha bir şans verilib", - deyə o vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar