Anri yenidən
30 Dekabr 2011 Cümə 17:13
Fransız futbolçu London klubunda icarə əsasında çıxış edəcək.
İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Arsen Venger fransız futbolçu Tyeri Anrinin iki aylığa onun rəhbərliyi altında çıxış edəcəyini bildirib. ANS PRESS-in məlumatına görə, müqavilə ilə ABŞ-ın “Nyu-York Red Bull” klubuna məxsus olan Tyeri Anri 2012-ci ilin yanvar və fevral aylarında “Arsenal”da icarə əsasında çıxış edəcək.
Bu müddət ərzində fransız futbolçu İngiltərə çempionatının 7 oyununda çıxış edə biləcək. Qeyd edək ki, Tyeri Anri bu ilin noyabrında ABŞ futbol çempionatı yekunlaşdıqdan sonra “Arsenal”ın düşərgəsində məşq edir.
Xatırladaq ki, 34 yaşlı futbolçu 1999-cu ildən 2007-ci ilədək “Arsenal”ın şərəfini qoruyub. London klubunun heyətində 226 qol vuran futbolçu klubun tarixi ərzində ən yaxşı bombardir ünvanına sahibdir.
DOSTLARINLA PAYLAŞ: