Anna Qurbanova yenə birincidir
06 Dekabr 2010 Bazar Ertəsi 21:20
Gimnastımız Anna Qurbanova Omskda keçirilən beynəlxalq turnirin qalibi olub.
Azərbaycan gimnastı Anna Qurbanova Omskda keçirilmiş beynəlxalq turnirdə qızıl medala layiq görülüb. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Anna Qurbanova iplə yarışda 2010-cu il dünya çempionu D.Dmitriyevanı (Rusiya) və estoniyalı A.Makuşinanı geridə qoyaraq birinci yeri tutub.

“Digər alətlərlə hərəkətlərdə və çoxnövçülük üzrə yarışlarda bürünc medal əldə edə bilmədim, yalnız dördüncü yerlə kifayətləndim. Bu yarışlar mənim üçün cari ildə sonuncu idi və çox yaxşı ki, uğurlu nəticələr əldə etmişəm. Kiçik fasilədən sonra məşqçimlə birlikdə növbəti mövsümə hazırlığa başlayacağıq”, - deyə Qurbanova bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar