Anji yeni məşqçi ilə müqavilə imzaladı
27 Dekabr 2011 Çərşənbə Axşamı 02:16
Anji yeni məşqçi ilə müqavilə imzaladı. Kluba Yuri Krasnojan başçılıq edəcək.
Rusiyanın “Anji” klubunun yeni baş məşqçisi 48 yaşlı rusiyalı mütəxəssis Yuri Krasnojan olub. ANS PRESS-in klubun internet saytına istinadən verdiyi məlumata görə, yeni baş məşqçinin namizədliyini “Anji”nin Direktorlar Şurası təsdiqləyib. Yuri Krasnojanla beş illik müqavilə imzalanıb.

“Mən “Anji”nin rəhbərliyinə yüksək etimada görə minnətdarlığımı bildirirəm”, - Yuri Krasnojan müqavilənin imzalanmasından sonra bildirib. Onun sözlərinə görə, “Anji” ən populyar klublardan biridir: “Onu təkcə Rusiyada yox, həm də bütün dünyada izləyirlər. Belə şəraitdə işləmək həm çətin və şərəfli, həm də maraqlıdır”.

Xatırladaq ki, Yuri Krasnojan mövsümün əvvəlində bir neçə ay “Lokomotiv”ə başçılıq edib. Amma qeyri-müəyyən səbəblərdən klubu tərk edib. Futbol mütəxəssisi əvvəllər bir neçə Nalçikdə yerli “Spartak”la uğurla işləyib. O, Nalçik klubunu Premyer-liqaya çıxarıb. Hazırda Yuri Krasnojan Rusiyanın ikinci millisini də çalışdırır. “Anji” rəhbərliyinin məlumatına görə, o, yarım il ərzində həm klubda, həm də millidə fəaliyyətini davam etdirəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar