Anji klubunun baş məşqçisi Hacı Hacıyev qovuldu
29 Sentyabr 2011 Cümə Axşamı 02:22
Mahaçqala klubunu növbəti oyuna Andrey Qordeyev və Roberto Karlos hazırlayacaq.
Rusiyanın “Anji” klubunun baş məşqçisi Hacı Hacıyev vəzifəsindən kənarlaşdırılıb. Məlumatı “Sovetskiy sport” yayıb. Qəzetin məlumatına görə, Mahaçqala klubunda baş məşqçini Andrey Qordeyev əvəz edəcək. Onun komandanın başına bu gün keçəcəyi gözlənilir.

Andrey Qordeyev “Anji”ni “Lokomotiv”ə qarşı oyuna oyunçu-məşqçi Roberto Karlosla birlikdə haırlayacaq.

Xatırladaq ki, Hacı Hacıyev “Anji”yə 2010-cu ilin aprelində baş məşqçi təyin edilib. Hazırda Mahaçqala klubu Rusiya çempionatında 7-ci yeri tutur.

Azarkeşlər Hacı Hacıyevin qovulmasını 25-ci turun oyunun sonlarında tələb etmişdilər. Həmin turda “Anji” “Terek”lə heç-heçə (2:2) oynamışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar