Anji klubu daha 3 ulduz futbolçunun transferinə hazırlaşır
03 Mart 2011 Cümə Axşamı 14:41
Mahaçqala təmsilçisi Anji klubu müdafiə xəttini gücləndirmək fikrindədir.
Rusiyanın “Anji” klubu braziliyalı ulduz futbolçu Roberto Karlosu heyətinə cəlb etdikdən sonra müdafiə xəttini bir qədər də gücləndirmək qərarına gəlib. ANS PRESS-in İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, “Anji” İtaliyanın "A" seriyasında çıxış edən 3 futbolçu ilə maraqlanır.

“Anji”nin maraqlandığı futbolçular sırasında Alessandro Nesta (“Milan”), Paolo Kannavaro (“Napoli”) və Mitias Silvester də var. Mahaçqala təmsilçisinin yaxın günlərdə bu futbolçulara rəsmi təklif göndərəcəyi gözlənilir.

Xatırladaq ki, “Anji” klubunun müdafiə xəttində millimizin futbolçusu Mahir Şükürov da çıxış edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar