“Anji” Bakıya gəlir
10 Dekabr 2010 Cümə 10:00
Mahaçqala təmsilçisi paytaxtımızda təlim-məşq toplanışı keçirəcək
Rusiyanın Mahaçqala şəhərini təmsil edən “Anji” klubu təlim-məşq toplanışı keçirmək üçün Bakıya gələcək. Klub martın 4-dən 9-dək Bakıda olacaq. “Anji” klubunun rəsmi saytında yer alan məlumata görə, klub martın 5-də paytaxtımızda yoldaşlıq görüşü keçirməyi planlaşdırır.
Mahaçqala təmsilçisinin hansı klubla görüşəcəyi haqqında isə məlumat verilmir. “Anji” komandası Bakıya gəlməmişdən öncə, martın 1-də Rusiya Kubokunun 1/8 final mərhələsində Mahaçqalada”Zenit”lə qarşılaşacaq.
Xatırladaq ki, “Anji” klubu noyabrın 28-də başa çatan Rusiya çempionatında 17 komanda arasında 12-ci yeri tutub. “Anji” son oyununda səfərdə Nalçik “Spartak”ını 3:1 hesabı ilə məğlub edib.
DOSTLARINLA PAYLAŞ: