Anelka yığmadan qovuldu
19 İyun 2010 Şənbə 21:45
Fransız futbolçu Anelka ədəbsizliyinə görə cəzalandırıldı.
Fransa yığmasının hücumçusu Nikola Anelka komandanın heyətindən kənarlaşdırılıb. Buna səbəb isə futbolçunun komandanın baş məşqçisi Raymon Domeneki təhqir etməsi olub.

Xatırladaq ki, Anelka Fransa – Meksika qarşılaşmasının hissələrarası fasiləsində yığmanın baş məşqçisi Raymon Domeneki təhqir edib. Baş məşqçi Fransa yığma komandasının üzvünü pis oynadığına görə danlayıb.

Nikola Anelka isə baş məşqçiyə söyüş söyüb. Baş məşqçi fasilədən sonra Anelkanı meydana buraxmayaraq onu digər bir hücumçu Pyer-Andre Jinyakla əvəzləyib.

Qeyd edək ki, Fransa mundialda keçirdiyi iki oyunda yalnız bir xal qazanıb. Domenekin yetirmələri Uruqvayla 0:0 oynadıqdan sonra Meksikaya 0:2 hesabı ilə məğlub olublar. Komanda növbəti mərhələyə çıxmaq üçün mütləq ev sahibi olan CAR yığmasını məğlub etməlidir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar