Andrey Şevçenko Raula yaxınlaşdı
18 Fevral 2011 Cümə 13:03
Futbolçu Avrokuboklarda 65-ci qoluna imza atıb
Ukraynalı futbolçu Andrey Şevçenko Avropa miqyaslı turnirlərin ən məhsuldar futbolçusu ünvanına sahib olmağa bir qədər də yaxınlaşıb. ANS PRESS-in “İnfostrada” saytına istinadən verdiyi məlumata görə, futbolçu dünən Avropa Liqası turniri çərçivəsində baş tutan “Beşiktaş” -“Dinamo” (Kiyev) matçında bir qol vurmaqla Avrokuboklarda vurduğu topların sayını 65-ə çatdırıb.
Karyerası ərzində “Milan” və “Çelsi” kimi klubların formasını da geyinmiş Andrey Şevçenko bu qollardan 59-nu UEFA Çempionlar Liqasında, 5-ni UEFA Kuboku/Avropa Liqası turnirində, birini isə Avropa Superkuboku matçında vurub.
Xatırladaq ki, Avrokubokların ən məhsuldar futbolçusu hazırda “Şalke-04” klubunun ispan futbolçusu Raul Qonsalesdir. Raul Avropamiqyaslı turnirlərdə 70 qola imza atıb.
DOSTLARINLA PAYLAŞ: