Andrey Şevçenko futboldan gedir
28 İyul 2012 Şənbə 20:05
Tanınmış futbolçu Andrey Şevçenko siyasətə üz tutur.
Ukraynalı furbolçu Andrey Şevçenko futboldan gedir. ANS PRESS-in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, tanınmış idmançı siyasətə qoşulur. Artıq futbolçu Nataliya Korolevskayanın rəhbəri olduğu “İrəli-Ukrayna” partiyasına üzv olub.

A. Şevçenko özü isə mətbuata açıqlamasında bildirib ki, futbol karyerasını bitirdikdən sonra siyasətlə məşğul olmağı düşünür. Ancaq o partiyada hansı vəzifəni icra edəcəyi ilə bağlı məlumat verməyib. İlkin məlumatlara görə, tanınmış ulduz siyasətdə sosial sahəyə və idmana diqqətin artırılmasına çalışacaq.

Qeyd edək ki, avqustun 1-də “İrəli-Ukrayna” partiyasının qurultayı keçiriləcək. Məhz bu qurultayda da bu partiyadan seçkilərdə majoritar sistemlə iştirak edəcək namizədlərin adları açıqlanacaq.

Qeyd edək ki, Andrey Şevçenko Ukraynada ən adlı-sanlı futbolçu hesab edilir və hazırda Ukrayna yığma komandasının kapitanıdır. 1993-1999 və 2009-2012-ci illərdə Ukraynanın “Dimano” klubunda çıxış edib. 1999-2009-cu illərdə isə İtaliyanın “Milan” və İngiltərənin “Çelsi” klublarının formasını geyinib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar