Andrey Arşavin “Zenit”də
25 Fevral 2012 Şənbə 00:38
Andrey Arşavin “Arsenal”dan Rusiya klubuna icarə əsasında keçib.
Rusiya futbol millisinin kapitanı Andrey Arşavin Londonun “Arsenal” klubundan Sankt-Peterburqun “Zenit” komandasına keçib.

“Mən “Zenit”ə keçdim. İcarə əsasında 29-cu nömrə ilə çıxış edəcəm. Ətraflı sabah (bu gün) yuxudan oyananda”, - ANS PRESS-in məlumatına görə, məşhur futbolçu öz saytında yazıb.

30 yaşlı Andrey Arşavin “Arsenal”a 2009-cu ilin fevralının əvvəllərində keçmişdi. Onun London klubu ilə müqaviləsi 2012/2013-cü il mövsümünün sonunadək qüvvədədir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar