Andrey Arşavin milimizin qələbəsindən danışıb
14 Oktyabr 2010 Cümə Axşamı 13:10
Futbolçu Andrey Arşavin hər komandadan sürpriz gözləyir.
Futbol üzrə Rusiya yığmasının futbolçusu “Sport-Ekspress” qəzetinə müsahibəsində yığmamızın Bakıda Türkiyə millisini məğlub etməsinə də münasibətini bildirb.

“Quus Hiddinkin yetirmələrinin qrup mərhələsində ardıcıl olaraq ikinci dəfə məğlub olmaları təəccüblü göründü. Mənə elə gəlirdi ki, türklər Bakıda qələbə qazana biləcəklər. Ancaq futbolda sürprizlər çox olur. Estoniya səfərdə Serbiya yığmasını məğlub edir, sonra isə evində Sloveniyaya məğlub olur”, - deyə Arşavin bildirib.

Rusiya yığmasının futbolçusu müasir futbolda hər yığmanın sürpriz etmək gücündə olduğunu da vurğulayıb.

Xatırladaq ki, Andrey Arşavinin şərəfini qoruduğu Rusiya millisi Avro-2012-nin seçmə mərhələsi çərçivəsində son qarşılaşmada Makedoniya yığmasını 1:0 hesabı ilə məğlub edib.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar