Anatoli Ponomaryov "Orduspor"dan getdi
25 İyul 2010 Bazar 16:10
Uğur Tütünəkər millimizin sabiq üzvünü bəyənmədi. Anatoli Ponomaryov "Orduspor"dan getdi.
Millimizin sabiq üzvü Anatoli Ponomaryov sıralarına qayıtdığı “Orduspor”u yenidən tərk etmək məcburiyyətində qalıb. Bu günlərdə verdiyi açıqlama ilə baş məşqçi Uğur Tütünəkərin ona əsas heyət oyunçusu gözüylə baxmadığını əsas gətirərək, bu komandada qalıb-qalmasının dəqiqləşmədiyini bildirən həmyerlimizin “Orduspor”dan gedəcəyi dəqiqləşib.
Məsələ burasındadır ki, Ordu klubunun rəhbərliyi Süleymaninin ardından Ponomaryovu da “Tavşanlı Linyitspor”a satmağı qərara alıb. 1943-cü ildə Kütahyanın qəsəbələrindən birində yaradılan bu klub birinci liqanın debütantı sayılır.
Qeyd edək ki, bir müddət öncə də Anatolinin “Orduspor”dan qovulduğu açıqlanmışdı. Lakin klubla müqaviləsinin müddəti bitmədiyindən, Tütünəkər onu heyətə qatmağa məcbur olmuşdu. Lakin görünür qəsəbə klubu daha çox pul verməklə, orduluların ürəyindən xəbər verib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: