Anatoli Banişevski yad edilib
23 Fevral 2011 Çərşənbə 16:11
Bu gün mərhum futbolçunun doğum günüdür
Bu gün Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, uzun illər “Neftçi” komandasında çıxış etmiş mərhum Anatoli Banişevskinin anadan olmasının 65-ci ildönümüdür. ANS PRESS-in məlumatına görə, əfsanəvi futbolçunun yubileyi münasibətlə AFFA-nın rəhbərliyi, “Neftçi” klubunun üzvləri, vetaran və yeniyetmə futbolçular, futbol ictimaiyyətinin nümayəndələri A.Banişevskinin məzarını ziyarət edib, abidəsinin önünə əklil və gül dəstələri qoyub, onunla bağlı xatirələrini yada salıblar.

Tədbiri AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu açıb. Futbol veteranları Mübariz Zeynalov, Yaşar Babayev, İskəndər Cavadov, AFFA-nın baş katibinin müavini Elxan Əsədov, “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov çıxış edərək Anatoli Banişevskinin Azərbaycan futbolunun inkişafı üçün xidmətlərini qeyd edib, onu hər zaman xoş xatirələrlə andıqlarını bildiriblər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar