Anatoli Banişevski yad ediləcək
22 Fevral 2010 Bazar Ertəsi 15:35
AFFA rəhbərliyi sabah mərhum futbolçunun məzarını ziyarət edəcək
Sabah Azərbaycan futbolunun ən görkəmli nümayəndələrindən biri, uzun illər “Neftçi” klubunun heyətində çıxış etmiş Anatoli Banişevskinin anadan olmasının 64-cü ili tamam olacaq.

AFFA-dan verilən məlumata görə, bu münasibətlə AFFA rəhbərliyi, ölkə futbol ictimaiyyətinin nümayəndələri və veteran futbolçular mərhum futbolçunun məzarını ziyarət edəcəklər.

Futbol ictimaiyyətinin nümayəndələrinin mərhum futbolçunun məzarını saat 12:00-da ziyarət edəcəkləri gözlənilir. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar