Anatoli Banişevski yad edildi
23 Fevral 2013 Şənbə 19:59
Bu gün mərhum futbolçu Anatoli Banişevski nin doğum günüdür.
Bu gün Azərbaycan futbolunun əfsanəsi, uzun illər “Neftçi”də oynamış mərhum futbolçu Anatoli Banişevskinin anadan olmasının 67-ci il dönümüdür. ANS PRESS-in məlumatına görə, futbolçunun yubileyi münasibətlə “Neftçi” PFK və AFFA rəsmiləri, futbol veteranları, həmçinin mərhumun ailə üzvləri II Fəxri Xiyabanda Banişevskinin məzarını ziyarət edib. Ziyarət zamanı əfsanəvi futbolçunun "Neftçi"nin heyətində çıxış etdiyi dövr xatırlanıb.

Xatırladaq ki, futbolçunun SSRİ yığmasının heyətində "Marakana stadionunda" Braziliya yiğmasına başla 25 metrdən vurduğu qol futbol tarixinin şedevr qolları sırasina daxil olub. O, həmçinin Braziliyanın qapısına qol vuran ilk sovet futbolçudur.
Dünya şöhrətli futbolçu 1997-ci dekabrinda uzun sürən xəstəlikdən sonra vəfat edib və doğma Bakı şəhərində dəfn edilib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar