Amkar yüksək liqada qalır
14 Yanvar 2011 Cümə 10:45
Perm təmsilçisi Amkar özünə yeni sponsor tapıb.
Perm şəhərini təmsil edən “Amkar” klubu özünə yeni sponsor tapıb. Klub rəhbərliyi “Sibur” şirkəti ilə 20 milyon dollarlıq sponsorluq razılaşması əldə etməyə müvəffəq olub.
Bundan başqa “Lukoyl” şirkəti də “Amkar” klubunun büdcəsinə daha 82 milyon dollar köçürəcək. Çox güman ki, bu sponsorluq razılaşmaları “Amkar” klubuna Rusiyanın yüksək divizionunda mübarizəsini davam etdirməyə kömək edəcək.
Qeyd edək ki, “Amkar” maliyyə böhranı səbəbindən Rusiya Premyer Liqasında çıxışlarını başa vuraraq könüllü şəkildə I diviziona keçmək qərarına gəlmişdi.
Xatırladaq ki, “Amkar” Rusiya çempionatının ötən mövsümündə turnir cədvəlində 14-cü yeri tutmuşdu. Perm təmsilçisi son turun nəticəsinə görə yüksək dəstədə yerini qoruya bilmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: