Amit Quluzadə“Fənərbaxça”ya dəvət alıb
30 Dekabr 2010 Cümə Axşamı 10:10
Futbolçu Türkiyədən gələn təklifin onun üçün sürpriz olduğunu etiraf edib
Türkiyənin məhşur “Fənərbaxça” klubu Azərbaycan yığması və “Neftçi”nin yaprımmüdafiəçisi Amit Quluzadəni transfer edir. Futbolçumuz yanvarın 2-də bu komandanın düşərəsinə yollanacaq. Artıq bir həftə əvvəldən arzusunu “Neftçi” klubunun prezidentinə ünvanlanmış məktubla bəyan edən “Fənərbaxça”dan kluba daha bir məktub dünən daxil olub. Həmin məktubda isə Amitin “Fənərbaxça” klubunun gələn ilin yanvar ayının 2-də başlayacaq təlim məşq toplantısına dəvət olunduğu yazılıb.

Amit Quluzadə ANS-ə müsahibəsində Türkiyə təmsilçisindən gələn təklifin onun üçün sürpriz olduğunu gizlətməyib. 18 yaşlı yarımmüdafiəçimizin əsas və ya əvəzedici komandaya dəvət olunduğu məktubda göstərilməyib. Amiti də narahat edən məhz budur. Bununla belə, futbolçu 2011-ci ilin ilk günlərini “Fənərbaxça”nın düşərgəsində keçirəcək. “Neftçi” klubu da Amit Quluzadənin Türkiyəyə yollanmasına əngəl olmayacaq.

“Neftçi”nin prezidenti Sadıq Sadıqov ANS-ə açıqlamasında Amitə gələn təklifin Azərbaycan futbolunun gələcəyinə xeyir verəcəyini hesab etdiyini bildirib. "Amit kimi gənc oyunçuların tanınmış komandalarda oynaması bizim üçün böyük fəxr olar", deyən klub prezidenti gənc yarımmüdafiəçini “Fənərbaxça”ya baxışa yola salacaqlarını və bəyəniləcəyi təqdirdə, Türkiyə klubu ilə transferlə bağlı danışıqlara başlayacaqlarını da söyləyib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar