“Amber” turniri erməni şahmatçının qələbəsi ilə başa çatdı
25 Mart 2011 Cümə 01:49
Vüqar Həşimov mükafatçıların sırasına düşə bilmədi
Erməni şahmatçı Levon Aronyan Monte-Karloda keçirilən 20-ci “Amber” superturnirinin qalibi olub. ANS PRESS-in turnirin internet saytına istinadən verdiyi məlumata görə, Levon Aronyan 15,5 xal toplayıb və nüfuzlu turnirdə üçüncü dəfə qalib gəlib.

Turnirin gümüş mükafatını 14,5 xal toplayan norveçli Maqnus Karlsen qazanıb. Hindistanlı Vişvanatan Anand isə 13 xalla üçüncü olub. Rusiyalı Alekusandr Qrişşuk və Ukrayna şahmatçısı Vasili İvançuk 11 xalla 4-5-ci yerləri bölüşdürüblər. Sonrakı yerləri Boris Helfand (İsrail), Vüqar Şəhimov (Azərbaycan), Veselin Topalov (Bolqarıstan), Xikaru Nakamura (ABŞ) - hər biri 10,5 xal, Sergey Karəkin (Rusiya) - 10; Vladimir Kramnik (Rusiya) - 8; Aniş Giri (Hollandiya) - 7.

Qeyd edək ki, “Amber” turnirinin mükafat fondu 227 min avro idi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar