Alvaro Silva ata oldu
19 İyul 2013 Cümə 08:20
Müdafieçi Alvaro Silva İsraildeki oyundan derhal sonra İspaniyaya yollanıb.
“Xəzər Lənkəran”ın futbolçusu Alvaro Silva Avropa Liqasının II təsnifat mərhələsinin “Makkabi” (Hayfa) ilə İsraildəki oyunundan dərhal sonra İspaniyaya yollanıb. Apasport.az saytının məlumatına görə, buna səbəb müdafiəçinin övladının dünyaya gəlməsidir.

Komandanın baş məşqçisi Con Toşakdan icazə alaraq vətəninə yollanan Alvaro iyulun 25-də baş tutacaq cavab oyununadək Lənkərana qayıdacaq. İspaniyalı legioner iyulun 21-də Türkiyənin “Fənərbaxça” klubu ilə yoldaşlıq oyununda iştirak edə bilməyəcək.

Qeyd edək ki, “Xəzər Lənkəran” Hayfada “Makkabi”yə 0:2 hesabı ilə uduzub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar