Alvares Arsenal klubuna keçdi
25 İyun 2011 Şənbə 01:08
London klubu transfer məsələsində “Palermo”nu qabaqlayıb. Alvares Arsenal klubuna keçib.
Londonun “Arsenal” klubu “Palermo”nu qabaqlayıb və argentinalı yarımmüdafiəçi Rikardo Alvareslə müqavilə bağlayıb. Məlumatı “Sky Sports” İtaliya klubunun prezidenti Maurisio Dzampariniyə istinadən yayıb.

Maurisio Dzampariniyə bildirib ki, Alvares yanvardan siciliyalıların diqqət mərkəzində olub. Lakin klub müqavilə imzalanması vaxtını əldən verib və yarımmüdafiəçi “Arsenal”la razılaşıb. KİV-in məlumatına görə, 23 yaşlı futbolçu ilə İspaniyanın “Malaqa” klubu da maraqlanırdı.

Rikardo Alvares “Veles Sarsfild”də üç mövsüm keçirib və iki dəfə Argentina çempionu (2009, 2011) olub, eləcə də Libertadores Kuboku-2011-in yarımfinalında oynayıb. Yarımmüdafiəçi Buenos Ayres klubunun heyətində 42 oyun keçirib və beş qol vurub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar