Altılıq oyunlarına start verilir
12 Mart 2010 Cümə 13:00
Bu gün “Bakı” – “Qarabağ” qarşılaşması baş tutacaq
Bu gün Unibank Premyer Liqasının həlledici mərhələsində oyunlara start verilir. Çempionun kimliyinə aydınlıq gələcək “altılıq”da ilk oyun “Bakı” və “Qarabağ” arasında baş tutacaq.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, bu gün baş tutacaq digər matçda isə “Xəzər Lənkəran” “Qəbələ” ilə üz-üzə gələcək.

“Altılığ”ın son qarşılaşması isə sabah baş tutacaq. “İnter” son vaxtlar pis günlərini yaşayan “Neftçi” klubunu qəbul edəcək. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar