Almanlardan Türkiyeye böyük jest
08 Sentyabr 2013 Bazar 22:39
Almaniya 2020-ci ildə keçiriləcək qitə birinciliyində İstanbulun xeyrinə öz namizədliyindən imtina edib.
Almaniya Futbol Federasiyası futbol üzrə Avropa çempionatının 2020-ci ildə keçiriləcək finalının İstanbulda təşkil olunması üçün namizədliyindən imtina edib. ANSPRESS-in Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, almanlar İstanbulun 2020-ci il olimpiadasında Tokioya uduzmasından sonra Türkiyəyə dəstək üçün bu addımı atıblar.

“Bild” qəzetində “Furbol üzrə Avropa çempionatı final xəyalımızı məhv etdi” başlığı ilə çıxan yazıda səsvermədə Türkiyənin Yaponiyaya uduzmasından sonra türklərin qitə birinciliyini təşkil etmək üçün şanslarının artdığını qeyd edilib. Nəşr, həmçinin qeyd edilən məğlubiyyətdən sonra türk tərəfdarlar kimi almanların da üzüntü içində olduqlarını yazıb.

Alman dərgisi qardaş Türkiyənin məğlubiyyətinin səbəblərini Suriyada davam edən vətəndaş müharibəsi, son vaxtlar Ərdoğana qarşı baş qaldıran etirazlar və maddi məsələlərlə əlaqələndirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar