Almanlar Lövə etimad göstərdilər
20 İyul 2010 Çərşənbə Axşamı 14:40
Baş məşqçi Löv daha iki il öz vəzifəsində qalacaq.
Almaniya yığma komandasının baş məşqçisi Yoahim Löv müqaviləsinin müddətini 2012-ci ilədək artırıb. Baş məşqçi bununla bağlı Almaniya Futbol Federasiyası ilə yeni müqavilə imzalayıb.
Həmçinin komandada Lövün köməkçiləri olan Andreas Köpke və Hans-Diter Flik və komandanın meneceri Oliver Birhoff da 2012-ci ilədək öz vəzifələrində qalacaqlar. Baş məşqçi Yoahim Lövün hazırda illik qazancı olan 2,5 milyon avro məvacibin artırılması da nəzərdə tutulub.
Xatırladaq ki, Yoahim Löv 2006-cı ildən Almaniya seçmə komandasını çalışdırır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: