Almanlar İngiltərəni darmadağın etdi
27 İyun 2010 Bazar 20:45
Fabio Kapellonun yetirmələri mundialı tərk etmək məcburiyyətində qalıb.
CAR-da keçirilən mundialın 1/8 final mərhələsinin növbəti oyunu baş tutub. Bu dəfə əzəli rəqiblər – Almaniya və İngiltərə yığması üz-üzə gəlib. Artıq oyunun 20-ci dəqiqəsində hesab açılıb. Miroslav Kloze ingilislərin səhvlərini bağışlamayaraq komandasını hesabda irəli çıxarıb. Bu qoldan sonra Fabio Kapellonun yetirmələri irəliyə atılaraq cavab qol vurmaq üçün əllərindən gələni etməyə çalışıb. Lakin bunun əvəzində onlar öz qapılarında daha bir qol görüb. Belə ki, matçın 32-ci dəqiqəsində Lukas Podolski Almaniya yığmasının ikinci qolunu vurub.

Maraqlıdır ki, birinci hissədə vurulan qolların sayı bununla bitməyib. Podolskinin vurduğu qoldan 5 dəqiqə sonra Upson hesab arasındakı fərqi minimuma endirməyə müvəffəq olub.

Matçın ikinci hissəsində də tamaşaçılar qol görmək imkanı qazanıb. 67-ci dəqiqədə Müller almanların üçüncü qolunu vurub. Üc dəqiqə sonra Müller komandasının 4-cü qolunu vurmağa müvəffəq olub. Bununla da o faktiki olaraq ingilislərin darmadağınını rəsmiləşdirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar