Almanlar azarkeşlərimizə 730 bilet ayırdı
23 Avqust 2010 Bazar Ertəsi 11:05
AFFA ilə Almaniya Futbol İttifaqı arasında razılıq əldə olunub.
AFFA Avro-2012-in seçmə mərhələsi çərçivəsində Almaniyanın Köln şəhərində keçiriləcək Almaniya-Azərbaycan milli komandalarının oyununda yığmamıza dəstək olmaq üçün azarkeşlərə lazımi şərait yaradacaq.

AFFA-dan verilən məlumata görə, bu məqsədlə Almaniya Futbol İttifaqı ilə əldə olunmuş razılığa əsasən milli komandamızın azarkeşləri üçün AFFA-ya 730 bilet ayrılıb. Hər biri 35 avro dəyərində olan 400 bilet AFFA tərəfindən alınaraq azarkeşlərə pulsuz paylanacaq. İlkin olaraq pulsuz biletlər Avropa ölkələrində təhsil alan və Azərbaycandan bu oyuna gedən azarkeşlərə veriləcək. Qalan biletlər isə xaricdə yaşayan soydaşlarımız arasında bölünəcək.

AFFA milli komandamıza dəstək olmaq üçün Almaniyadan bilet almaq istəyən soydaşlarımıza, biletlərini azarkeşlərimiz üçün nəzərdə tutulan 6-cı Şimal tribunasına almağı tövsiyə edir.

Xatırladaq ki, Almaniya – Azərbaycan matçı sentyabrın 7-də oynanacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar