Almaniyalı qapıçı bıçaqlandı
10 May 2010 Bazar Ertəsi 12:35
“Volfsburq”un qolkiperi Andre Lents xəstəxanaya yerləşdirilib.
Almaniyanın “Volfsburq” klubunun qapıçısı Andre Lents bıçaqlanıb. Hadisə gecə klublarından birində baş verib. Kütləvi dava-dalaşda bıçaqlanın qapıçını xəstəxanaya çatdırıblar. Lents təcili cərrahiyyə əməliyyatı olunub. Həkimlərin məlumatına görə, 36 yaşlı Lents çoxlu qan itirsə də onun həyatını xilas etmək mümkün olub.

Xatırladaq ki, Andre Lents Almaniya çempionatının son turunda “Ayntraxt”a qarşı forma geyinmişdi. “Volfsburq” dünən gündüz saatlarında baş tutan bu matçda rəqibini 3:1 hesabı ilə məğlub etmişdi. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar