Almaniyalı futbolçu Oliver Noyvil karyerasını bitirdi
12 May 2010 Çərşənbə 17:15
Oliver Noyvil bundan sonra gənclərə futbol dərsi keçəcək
Almaniya yığma komandasının sabiq futbolçusu 37 yaşlı Oliver Noyvil karyerasını başa vurub. Mönhenbladbaxın “Borussiya” klubunun şərəfini qoruyan futbolçu bundan sonra bu klubun gənclərdən ibarət kollektivini çalışdıracaq.

“Mən hələ bir neçə il də futbol oynaya bilərdim. Sağlamlığımla bağlı heç bir problemim yoxdur. ABŞ, Avstraliya və Çindən bir neçə klub mənə təklif ünvanlamışdı. Ancaq Almaniyadan kənara çıxmaq istəmədiyimə görə, bu təklifləri qəbul etmədim”, - deyə Oliver Noyvil bildirib.

Xatırladaq ki, Oliver Noyvil karyerası ərzində Almaniya yığma komandasının heyətində 69 oyunda meydana çıxaraq 10 qola imza atıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar