Almaniyadan start götürən ralli Bakıda bitəcək
05 May 2012 Şənbə 06:59
Ralli iştirakçıları Azərbaycana aid “Olmaz olmaz” mahnısını əzbərləmək məcburiyyətindədir.
Almaniyadan start götürən “Orient” klassik avtomobil rallisi Azərbaycanın paytaxtı Bakıya doğru istiqamət götürüb. Aprelin 28-də başlayan, 20 ölkədən 111 komanda, 355 maşın və 666 pilotun iştirak etdiyi ralli korteci artıq Türkiyə İstanbul şəhərinə çatıb. Rallinin Türkiyədəki rəsmisi Nadir Sərin bu il yeddincisi keçirilən yarışın sponsorunun BMT və Dünya Ərzaq Təşkilatı olduğunu deyib.

Bundan başqa Nadir Sərin ralli iştirakçılarının bəzi öhdəlikləri olduğunu da qeyd edib. İlk tapşırığın Serbiyada yerli “Oyo” qəzeti almaq və orda yazılan müəyyən xəbəri tərcümə etmək olduğunu deyən Sərin Türkiyədəki tapşırığın Azərbaycana aid “Olmaz olmaz” mahnısını öyrənmək və əzbərləmək olduğunu bildirib.

Mayın 10-da Türkiyə hüdudlarından çıxaraq Gürcüstana keçəcəklərini bildirən nümayəndə bundan sonrta istiqamətin Bakı olacağını qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar