Almaniya millisinin veteran qapıçısı Azərbaycana gəlir
03 Aprel 2009 Cümə 12:25
Hans Tilkovski səfər çərçivəsində AFFA rəhbərliyi ilə görüşəcək, aşağı yaş qruplarından ibarət Azərbaycan milli komandalarının qapıçıları üçün seminar keçirəcək

 

Almaniyalı veteran futbolçu, vaxtilə Almaniya millisinin şərəfini qorumuş Hans Tilkovski Bakıya gələcək. AFFA-dan verilən məlumata görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə Almaniya Futbol İttifaqı arasında mövcud olan qarşılıqlı əməkdaşlıq çərçivəsində, «Almaniya – Azərbaycan Biznesmenlər Assosiasiyası»nın yardımı ilə aprelin 6-dan 9-dək almaniyalı veteran futbolçu, vaxtilə Almaniya millisinin şərəfini qorumuş Hans Tilkovski Bakıda səfərdə olacaq.
Hans Tilkovski səfər çərçivəsində AFFA rəhbərliyi ilə görüşəcək, aşağı yaş qruplarından ibarət Azərbaycan milli komandalarının qapıçıları üçün seminar keçirəcək. Bundan əlavə, almaniyalı futbol veteranı mərhum hakim Tofiq Bəhramovun abidəsini ziyarət edəcək.

http://affa.az/upload/File/Hans-Tilkowski.jpg

Qeyd edək ki, 1966-cı ildə İngiltərədə təşkil olunan Dünya çempionatının İngiltərə və Almaniya milli komandaları arasında keçirilən final oyununda Almaniya komandasının qapısını məhz Hans Tilkovski qoruyub. Tilkovskinin qoruduğu qapıya vurulan qolun hesaba alınmasında Tofiq Bəhramov yan xətt hakimi kimi qətiyyət nümayiş etdirmiş və bunun nəticəsində «Qızıl fit» mükafatına layiq görülmüşdü./ANS PRESS/

 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar