Almaniya mətbuatı Bakı klubundan yazır
15 İyun 2010 Çərşənbə Axşamı 13:10
Qəzetlər Vifred Şefferin Berti Foqtsla birgə işləyəcəyini bildirirlər.
Məşhur alman məşqçi Vinfrid Şeferin Azərbaycan Premyer Liqasının vitse-çempionu və ölkə kubokunun qalibi “Bakı” futbol klubu ilə anlaşması alman mətbuatının gündəmini zəbt edib. Alman qəzet və elektron kütləvi informasiya vasitələri “Bakı”nın iddialı Azərbaycan klubu olduğunu yazıb. Almaniya mətbuatı "Bakı"nı Avropada daha yüksək səviyyədə oynamaq arzusunda və iqtidarında olan bir klub kimi təqdim edirb.

Azərbaycan vitse-çempionunun tanınmış və nüfuzlu alman mütəxəssisi Şefer deyib ki, “Bakı” futbol klubunda yaradılan şərait Almaniyada ancaq "Bavariya" komandası üçün təşkil edilib. Almaniyalı mütəxəssisin sözləri Bundesmedianı kifayət qədər həyəcanlandırıb.

"“Bakı” Avropaya yeni bir Azərbaycan brendi kimi daxil olur. Eyni zamanda Azərbaycan Qafqazda alman futbol məktəbinin mərkəzinə çevrilir", deyə Alman KİV-ləri qeyd edib.

Yeri gəlmişkən Şeferi tanıyanların və izləyənlərin bir coxu üçün “Bakı” futbol klubunun baş məşqçisi və iş yeri kimi Azərbaycanı seçməsi bir qədər gözlənilməz olub. Belə ki, onların əksəriyyəti alman məşqçinin Nigeriya milli komandasının sükanının arxasına keçəcəyini təxmin edirdilər.

Diqqətinizə aparıcı alman KİV-nin bəzi başlıqlarını təqdim edirik:

Kicker: "Uzun müddət “Karslrue”nin baş məqçisi olmuş Vinfrid Şefer Azərbaycan Premyer Liqa təmsilçisi “Bakı”nın baş məşqçisi vəzifəsinə təyin edildi".

Focus: "Şefer Qafqaz ölkəsindəki alman məşqçilər heyətini daha da gücləndirdi".

Welt: "Keçmiş Bundesliqa oyunçusu və məşqçisi Vinfrid Şefer Azərbaycan vitse-çempionu “Bakı”nın baş məşqçisi postuna gətirildi".

Yahoo Deutschland: Şefer: ”"Bakı" hədəfləri olan gənc komandadır. Onlar Avrokuboklarda ölkələrini ciddi şəkildə təmsil etmək istəyirlər”.

Goal.com: "Paytaxt Bakı şəhərindəki hazırkı işi sayəsində Şeferin milli komandanın baş məşqçisi Berti Foqtsla sıx əməkdaşlıq yaratmaq imkanı olacaq". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar