Almaniya futbol millisinin kapitanı Fillip Lam evləndi
15 İyul 2010 Cümə Axşamı 00:40
Dünya Çempionatının finalından sonra Fillip Lam və Klaudiya Şattenberqin toyu olub
Almaniya futbol millisinin kapitanı Fillip Lam Klaudiya Şattenberqlə evlənib. Almaniyada nəşr olunan “Fokus” jurnalının məlumatına görə, nikah mərasimi futbol üzrə Dünya Çempionatının finalından üç gün sonra keçirilib.
Fillip Lamın toyu Almaniyanın cənubundakı Bavariyanın Ayinq şəhərciyində olub. Cütlüyün nikahını Ayinqin burqoistri kəsib. Daha sonra Fillip Lam və Klaudiya Şattenberq katolik kilsəsində kəbin kəsdiriblər. Toyda yüzə yaxın adam-əasən qohumlar və cütlüyün dostları iştirak edib.
Fillip Lam və Klaudiya Şattenberq artıq on ildir tanışdırlar. Yeni evlənənlər bal ayını Yunaınstanda keçirəcəklər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: