Almaniya çempionatı: “Borussiya” liderliyini möhkəmləndirdi
13 Noyabr 2010 Şənbə 03:40
Dortmund klubu Borussiya 2010-2011-ci il mövsümündə onuncu qələbəsini qazanıb.
Futbol üzrə Almaniya çempionatının vahid lideri Dortmundun “Borrusiya” klubu mövsümdə onuncu qələbəsini qazanıb. Komanda çempionatın 12-c ituru çərçivəsində öz meydanında “Hamburq”u məğlub edib.
Qarşılaşma Dortmund klubunun 2:0 hesblı qələbəsi ilə başa çatıb. “Borrusiya”nın heyətində Sindzi Kaqava (49-cu dəqiqə) və Lukas Barrios (70-ci dəqiqə) fərqlənib.
12 turdan sonra 31 xal toplayan “Borrusiya” turnir cədvəlinin lideridir və ən yaxın təqibçisi “Maynz”ı 7 xal qabaqlayıb. “Maynz” bir oyun az keçirib və bu gün 12-cu tur çərçivəsində “Hannover”lə qarşılaşacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: