Dortmundluların heyətində əslən türk Nuri Şahin də fərqlənib.
Dortmund “Borrusiya”sı Almaniya çempionatı çərçivəsində səfər oyununda “Bavariya” üzərində inamlı qələbə qazanıb.
Münhendə keçirilən qarşılaşma Yurgen Kloppun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Qoonaqların heyətində Lukas Barrios (9-cu dəqiqə), Nuri Şahin (18-ci dəqiqə) və Mats Hummels (60-cı dəqiqə) fərqləniblər. Meydan sahiblərinin təsəlli qolunu isə 16-cı dəqiqədə braziliyalı yarımmüdafiəçi Luis Qustavo vurub.
Bu oyundan sonra xallarının sayını 58-ə çatdıran “Borrusiya” liderliyini möhkəmləndirib. “Bavariya” isə 42 xalla dördüncü pillədədir.