Almaniya çempioantı: “Şalke-04” qalib gəldi
06 Noyabr 2010 Şənbə 02:35
Almaniya çempioantı: “Şalke-04” qalib gəldi. İspaniyalı hücumçu Raul oyunda dubla imza atıb.
Almaniya çempioanatının 11-ci turundan “Şalke 04” klubu Hamburqun “Sankt-Pauli” komandasına 3:0 hesabı qalib gəlib.

Oyunda ilk qolu 14-cü dəqiqədə ispaniyalı hücumçu Raul açıb. Klas-Yan Huntelar 53-cü dəqiqədə komandasının ikinci qolunu vurub. 81-ci dəqiqədə isə Raul dubla imza atıb və “Şalke-04”ün üstünlüyünü 3:0-a çatdırıb.

“Şalke-04” 11 oyundan sonra 9 xalla turnir cədvəlinin 15-ci pilləsindədir. “Sankt-Pauli” isə 13 xal toplayıb və 13-cü yerdədir. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar