Almaniya - Azərbaycan 2:0
22 Yanvar 2011 Şənbə 10:05
17 yaşlı futbolçular Antalyada üz-üzə gəliblər.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçir.

ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, komandamız hazırlıq prosesi çərçivəsində Almaniya 3-cü bundesliqasının “Obernoyland” klubu ilə yoldaşlıq oyunu keçirib. Qarşılaşma 2:0 hesabı ilə Almaniya təmsilçisinin xeyrinə başa çatıb.

Xatırladaq ki, 17 yaşadək futbolçularımız Antalya şəhərində baş məşqçi Təbriz Həsənovun rəhbərliyi altında hazırlaşırlar. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar