Alman kanalı “Qarabağ”ın adını təhrif etməyib?
20 Avqust 2010 Cümə 17:10
Almaniya azərbaycanlılarından maraqlı açıqlama.
"Almaniyanın ZDF telekanalının "Borussiya" - "Qarabağ" matçının yayımı zamanı klubumuzun adı ilə bağlı təxribata yol verməsinə dair məlumatlarda bir qədər fərqlilik var. Yəni kanal hər iki klubun adını təmsil etdikləri şəhərin adı ilə təqdim edib – “Dortmund – “Ağdam” ”. Bu sözləri ANS PRESS-ə Almaniyada yaşayan həmvətənlərimiz zəng edərək bildiriblər.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun jurnalistlərə verdiyi məlumata görə, sözügedən oyun yayım zamanı telekanal tərəfindən "Borussiya" - "Ağdam" oyunu kimi təqdim edilib, yəni "Qarabağ"ın adı çəkilməyib. İbrahimov "Qarabağ" klubunun adının qeyd olunmamasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan üçün təbliğat xarakteri daşıyacağını deyərək, Almaniya kanalı tərəfindən bunun qarşısının alındığını bildirib: "Onlar "Qarabağ" futbol klubunu "Ağdam" klubu kimi təqdim etdilər. Biz faktla bağlı Almaniyanın müvafiq qurumlarına müraciət edəcəklərini diqqətə çatdırıb.
Almaniyada yaşayan həmyerlilərimiz yayılan bu məlumatla əlaqədar ANS PRESS-ə öz narahatçılıqlarını bildiriblər. Onların sözlərinə görə, bu məsələdə bir qədər yanlışlığa yol verilib. Belə ki, “Borussiya” – “Qarabağ” matçı Almaniyanın ZDF telekanalı tərəfindən əslində “Dortmund” – “Ağdam” qarşılaşması kimi təqdim edilib. Həmvətənlərimiz Diasporla İş üzrə Dövlət Komitəsinin “Qarabağ”ın adının təhrif edilməsi ilə bağlı Almaniyanın müvafiq qurumlarına müraciət edərkən bu faktın da nəzərə alınmasının vacibliyini vurğulayıblar.
Almaniyada yaşayan həmvətənlərimiz bu məsələdən narahat olduqlarını və oyunu ZDF telekanalı ilə canlı izləyən zaman çox əsəb keçirdiklərini bildiriblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: