Allen Ayverson sümüyündə yığıntı aşkarlandı
13 Yanvar 2011 Cümə Axşamı 16:30
Basketbolçu Allen Ayverson nun ayağının rentgen kağızı ABŞ-a göndərildikdən sonra dəqiq diaqnoz məlum olacaq.
Türkiyənin “Beşiktaş” basketbol klubunun amerikalı üzvü Allen Ayverson dizindən zədə alıb. Basketbolçunun doğma vətəni ABŞ-da əməliyat olunacağı gözlənilir.

Ayversonun meneceri Qari Mur müştərisinin sümüyündə yığıntı aşkar edildiyini bildirib. Mur Ayversonun ayağının rentgen kağızlarının ABŞ-a göndəriləcəyi və bundan sonra dəqiq diaqnozun qoyulacağını vurğulayıb.

14 il Milli Basketbol Assosiasiyasında çıxış etdikdən sonra “Beşiktaş”a transfer olunan 35 yaşlı basketbolçunun ən tezi mart ayında meydana çıxacağı gözlənilir. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar