Aliyə Qarayeva titulunu əldən vermədi
27 İyun 2012 Çərşənbə 21:27
Aliyə Qarayeva beşinci dəfə Azərbaycan çempionu adını qazanıb.
İyunun 27-də Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 19-cu Azərbaycan çempionatı keçirilib.Yarışda həm seniorkalar, həm də 1997-1999-cu il təvəllüdlü – ümumilikdə 23 idmançı mübarizə aparıb.

Seniorkaların mübarizəsində Aliyə Qarayeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Lalə Yusifova ikinci, Ayşə Mustafayeva isə üçüncü olub. Ardıcıl 5 ildir Azərbaycan çempionu olan Aliyə Qarayeva bu dəfə də titulunu qoruyub. A.Qarayeva çempionatda avqustun əvvəlində London Yay Olimpiya Oyunlarında təqdim edəcəyi proqramla çıxış edib.

1997-1999-cu il təvəllüdlü gimnastların yarışında isə Nilufər Niftəliyeva qızıl, Mənsurə Bağıyeva gümüş, Gülsüm Şəfizadə isə bürünc medal qazanıb. AzərTAc-ın məlumatına görə, yarışı Azərbaycan, Latviya, Serbiya, Sloveniya, Cənubi Afrika Respublikası və Meksikadan olan hakimlər briqadası idarə edib. Çempionatın baş hakimi isə Nataliya Bulanova (Azərbaycan) olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar