Aliyə Qarayeva Moskva Qran-prisinin üçüncüsü oldu
28 Fevral 2011 Bazar Ertəsi 01:46
İdmançımız Aliyə Qarayeva çətin proqramı səhvsiz yerinə yetirib və 27,2 xal qazanıb.
Azərbaycan gimnastı Aliyə Qarayev Moskva Qran-prisi-2011-ində bədii gimnastika üzrə həlqə ilə yarışlarda üçüncü yeri tutub. O, çətin proqramı səhvsiz yerinə yetirib və hakimlər onun çıxışını 27,2 xalla qiymətləndiriblər. Lakin bu qiymət ikinci yeri tutmaq üçün az olub. Qazaxıstan təmsilçisi Anna Alyabyeva Aliyə Qarayevanı qabaqlayıb. Hakimlər olan 27,55 xal veriblər. Rusiyalı Yevgeniya Kanayeva 29,05 balla birindci olub.
Bir qədər sonra lentlə hərəkətlər üzrə final yarışı keçiriləcək. Bu yarışda da Azərbaycan millisinin lideri Aliyə Qarayeva iştirak edəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: